Azərbaycan Boks Federasiyası rəsmiləri AİBA prezidenti ilə görüşüb

Azərbaycan Boks Federasiyası rəsmiləri AİBA prezidenti ilə görüşüb Çinq Ko Vu dünya çempionatının yüksək səviyyədə keçəcəyinə əminliyini bildirib
Fərdi
5 Oktyabr , 2015 11:26
Azərbaycan Boks Federasiyası rəsmiləri AİBA prezidenti ilə görüşüb

Bakı. 5 oktyabr. REPORT.AZ/ "Qətərin paytaxtı Doha boks üzrə dünya çempionatını qəbul etməyə hazırdır". Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu sözləri AİBA (Beynəlxalq Həvəskar Boks Assosiasiyası) rəsmiləri ilə söhbətdə yerli federasiyanın prezidenti Yusuf Əli Əl Kazım deyib. 

Tədbir çərçivəsində AİBA prezidenti Çinq Ko Vu və qurumun İcraiyyə Komitə üzvlərinin iştirakı ilə toplantı keçirilib. İclasda Azərbaycanı ABF vitse-prezidenti, AİBA İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılov və ABF-nin baş katibi Nağı Səfərov təmsil edib. Dünya çempionatı ilə bağlı toplantı iştirakçılarına məlumat verən Çinq Ko Vu yarışın yüksək səviyyədə keçəcəyinə əminliyini deyib. 

ABF rəsmiləri ilə Qətər Boks Federasiyasının prezidenti Yusuf Əli Əl Kazım arasında da görüş keçirilib.

Qeyd edək ki, boks üzrə dünya çempionatı bu gün start götürüb. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli mundialda Azərbaycanı 8 idmançı təmsil edəcək. 

Son xəbərlər

Orphus sistemi