Yuxarı

Azərbaycan bədii gimnastları ilə 10 medalla başlayıblar

Macarıstanda 8 qızıl, 1 gümüş və 1 bürünc medal qazanılıb

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan bədii gimnastları 2015-ci ilin ilk qızıl medalını Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş beynəlxalq “Gracia Cup” yarışından gətiriblər. "Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, ilin ilk yarışında gimnastlar 8 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. 

Ayşən Bayramova top və lentlə, Gülsüm Şəfizadə halqa və gürzlərlə hərəyə 2 qızıl medala layiq görülüblər. Çoxnövçülükdə isə onlar müvafiq olaraq gümüş və bürünc medala sahib çıxıblar. Böyüklərdən ibarət qrup hərəkətləri komandasının ikinci heyəti hər iki finalda və çoxnövçülükdə 3 qızıl medal qazanıb.

Maykl Ceksonun kompozisiyası altında 5 topla çıxış edən yeniyetmələrdən ibarət komandanı tamaşaçılar ayaqüstə alqışlayıblar. Bu komanda, həmçinin finaldakı çıxışlarına görə hesabına qızıl medal yazdırıb.

Qeyd edək ki, Azərbaycan bədii gimnastlarını qarşıda Rusiyanın paytaxtı Moskvada keçiriləcək Qran-pri və Estoniyada təşkil olunacaq “Miss Valentine” turniri gözləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi