Azərbaycan bədii gimnastları "AGF Junior Trophy"də 6 medal qazanıblar - VİDEO

Azərbaycan bədii gimnastları "AGF Junior Trophy"də 6 medal qazanıblar - VİDEO Milli Gimnastika Arenasında keçirilmiş bədii gimnastika üzrə AGF Junior Trophy beynəlxalq turnirində Azərbaycan milli komandası 6 medal qazanıb.
Fərdi
22 Aprel , 2019 10:15
Azərbaycan bədii gimnastları AGF Junior Trophydə 6 medal qazanıblar - VİDEO

Milli Gimnastika Arenasında keçirilmiş bədii gimnastika üzrə "AGF Junior Trophy" beynəlxalq turnirində Azərbaycan milli komandası 6 medal qazanıb. 

"Report"un məlumatına görə, yarışın ilk günündə millinin hesabına ilk medalı qrup hərəkətləri komandası yazdırıb. Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət komanda çoxnövçülük proqramında 41 xal toplayaraq, gümüş medala sahib olub. 

İkinci yarış günündə ayrı-ayrı alətlər üzrə final mərhələrində Arzu Cəlilova iplə icrada 17.350 xalla bürünc medala layiq görülüb. 

Nərminə Səmədova topla çıxışına görə bürünc, lentlə hərəkətdə gümüş medala sahib çıxıb. 

Azərbaycanın qrup komandası halqa ilə icra etdikləri kompozisiyaya görə hakimlərdən 21.500 xal almaqla, qızıl medala yiyələnib. Bu komandanın lentlə çıxışı isə 18.350 xalla və gümüş medalla dəyərləndirilib.

Həm fərdi proqram (Arzu Cəlilova), həm də qrup komandaları arasında (Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova, Fəridə Səfiyarzadə) ən yüksək icra xalına görə verilən "AGF Trophy" mükafatına da Azərbaycan gimnastları layiq görülüb.

Qeyd edək ki, turnirdə 20 ölkə mübarizə aparıb.

Son xəbərlər

Orphus sistemi