Yuxarı

Azərbaycan bayrağını İranda zirvəyə qaldıran güləşçilər böyük coşqu ilə qarşılanıb

Tehranda Dünya Kubokunu qazanan azərbaycanlı pəhləvanlar bu gün Bakıya qayıdıb

Bakı. 21 fevral. REPORT.AZ/ İranın paytaxtı Tehran şəhərində keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokunu qazanan Azərbaycan yığması bu gün günorta saatlarında Bakıya qayıdıb. 

"Report"un məlumatına görə, 8 ölkə arasında fəxri kürsünün ən yüksək pilləsinə layiq görülən pəhləvanlar Heydər Əliyev Hava Limanında böyük coşqu ilə qarşılanıb.

Azərbaycan bayrağını İranda zirvəyə qaldıran, Dövləthimnini səsləndirən güləşçiləri milli musiqi sədaları altında onların yaxınları, güləşsevərlər və media nümayəndələri qarşılayıb. Mikrofonlar önünə yaxınlaşan yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Cəmşid Xeyrabadi sevincini dilə gətirib. Bu münasibətlə Azərbaycan xalqını və cənab Prezidenti təbrik edən C.Xeyrəbadi uğurların davamlı olacağını bildirib.

85 kq çəki dərəcəsində döşək üzərinə çıxan İslam Abbasov bu uğurun tarixi qələbə olduğunu qeyd edib. Keçirilən 4 görüşün 3-də (Almaniya ilə görüşdə 85 kq-da Şəhriyar Məmmədov çıxış edib) qələbə qazanan 19 yaşlı pəhləvan idmana ayrılan diqqətdən dolayı dövlət başçısı İlham Əliyevə təşəkkür edib: "Bizə hər cür şərait yaratdığına görə Azərbaycan Güləş Federasiyasına minnətdaram. Yarışda təşkilatçılıq yüksək səviyyədə idi. İranın ev sahibi olmasına baxmayaraq, onları 6:2 hesabıı ilə məğlub etdik. Bu da finala daha böyük stimul idi. Rusları da məğlub etdik, amma hakim haqsızlığı ilə üzləşdik".

Qeyd edək ki, İran, İsveç, Almaniya, Macarıstan, Türkiyə və Ermənistan güləşçilərinin iştirak etdiyi yarışın finalında azərbaycanlı pəhləvanlar Rusiya idmançılarını məğlub edərək Dünya Kubokunu qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi