Azərbaycan badmintonçuları Ukraynadakı turnirdə medallar qazanıblar

Azərbaycan badmintonçuları Ukraynadakı turnirdə medallar qazanıblar Azərbaycan badmintonçuları Ukraynanın Xarkov şəhərində 2008-ci il və daha aşağı yaş qrupları arasında keçirilən açıq turnirdə iştirak ediblər.
Fərdi
30 Dekabr , 2019 18:17
Azərbaycan badmintonçuları Ukraynadakı turnirdə medallar qazanıblar

Azərbaycan badmintonçuları Ukraynanın Xarkov şəhərində 2008-ci il və daha aşağı yaş qrupları arasında keçirilən açıq turnirdə iştirak ediblər. 

"Report"un məlumatına görə, turnirə geniş heyətlə qatılan komanda bütün kateqoriyalarda mükafatçılar sırasında yer alıb. Emil Akçurin şəxsi və qoşa yarışda birinci, qarışıq-qoşada isə üçüncü yeri tutub. 

Ülvi Hüseynov şəxsi yarışda gümüş, qoşa yarışda qızıl, qarışıq-qoşada isə bürünc medala sahib olub. Nərmin Hüseynova qoşa yarışda ikinci, qarışıq-qoşada isə üçüncü yerlə kifayətlənib. 

Nəhayət, Əminə İsmayılova qoşa yarışda gümüş, qarışıq-qoşada isə bürünc medala layiq görülüb. 

Son xəbərlər

Orphus sistemi