Yuxarı

Azərbaycan Avropa Şurasının idmanla bağlı konvensiyasına qoşulub

Nazir Azad Rəhimov sənədə imza atıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa Şurasının İdmana məsul Nazirlərinin 14–cü Konfransı başa çatıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, konfrans çərçivəsində Azərbaycan Avropa Şurasının konvensiyasına qoşulub.

Nazir Azad Rəhimov "Avropa Şurasının futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma ilə bağlı Konvensiyası"na qoşulması üçün sənədə imza atıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi