Azərbaycan Atletika Federasiyasının iki nümayəndəsi beynəlxalq dərəcəli hakim statusunu almaq üçün imtahan verib.
"Report" xəbər verir ki, milli komandamızın keçmiş üzvü, Olimpiya Oyunlarının iştirakçısı Arif Axundov, həmçinin federasiyanın Beynəlxalq Əlaqələr və İnkişaf Departamentinin müdiri Kənan Məhərrəmov imtahanı uğurla keçdikləri üçün Dünya Atletikası tərəfindən bürünc səviyyəli hakim sertifikatı ilə təltif ediliblər.
Bununla da hakimlərimiz həm dünya, həm də qitə səviyyəli nüfuzlu yarışlarda çalışmaq hüququna yiyələniblər.