Azərbaycan atleti "Rio-2016"da gümüş medal qazanıb

Azərbaycan atleti "Rio-2016"da gümüş medal qazanıb O, 100 metr məsafəni 11,71 saniyəyə qət edib
Fərdi
10 Sentyabr , 2016 06:44
Azərbaycan atleti Rio-2016da gümüş medal qazanıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycan yığması Braziliyanın paytaxtı Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında 4-cü medalını qazanıb.

"Report" xəbər verir ki, atlet Yelena Çebanu fəxri kürsünün ikinci pilləsinə yüksələrək gümüş medala sahib çıxıb.

O, 100 metr məsafəyə qaçış yarışlarında 11,71 saniyəlik nəticə göstərib.

Bununla da Azərbaycan yığmasının Olimpiadada qazandığı medalların sayı 4-ə çatıb.

Son xəbərlər

Orphus sistemi