Azərbaycan akademik avarçəkəni dünya çempionatında mübarizəyə başlayıb

Azərbaycan akademik avarçəkəni dünya çempionatında mübarizəyə başlayıb Aleksandr Aleksandrov seçmə yürüşdə yalnız bir rəqibini üstələyib
Fərdi
25 Sentyabr , 2017 09:37
Azərbaycan akademik avarçəkəni dünya çempionatında mübarizəyə başlayıb
Getty Images/ Mika Hewitt

Bakı. 25 sentyabr. REPORT.AZ/ ABŞ-ın Florida ştatındakı Sarasota şəhərində akademik avarçəkmə üzrə dünya çempionatına start verilib. "Report"un məlumatına görə, 69 ölkədən 382 idmançının qatıldığı nüfuzlu reqatada Azərbaycan da təmsil olunur.

Bu, 1 nəfərlik qayıqla 2000 metr (M1x) məsafəyə yürüşdə mübarizə aparan Aleksandr Aleksandrovdur. Yeniyetmələr və 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionu seçmə yürüşdə finişə 7 dəqiqə 26,520 saniyəyə çataraq, Polşa, İsveçrə, Puerto-Riko idmançılarından sonra 4-cü yeri tutub. O, yalnız Salvadordan olan rəqibini üstələyib.

27 yaşlı avarçəkən bu gün keçiriləcək təsəlliverici yürüşdə ilk 2 yerdən birini tuta bilsə, 1/4 finala yüksələcək. O, Benin, Monako, ABŞ, Ukrayna və Baham adalarından olan rəqibləri ilə yarışacaq.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 1-dək davam edəcək.  

Son xəbərlər

Orphus sistemi