Yuxarı
    Bağlamaq

    Azərbaycan ağırlıqqaldıranları olimpiadaya lisenziya xarakterli dünya çempionatında mübarizəyə başlayıb

    İsmayıl Məmmədov 16-cı, Elməddin Hüseynov isə 8-ci yeri tutub

    Bakı. 6 aprel. REPORT.AZ/ Tailandın paytaxtı Banqkokda 2018-ci il Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakterli ağırlıqqaldırma üzrə dünya çempionatına start verilib.

    "Report"un məlumatına görə, 100-dək ölkədən 445 atletin (197 qız və 248 oğlan) iştirak edəcəyi birincilikdə Azərbaycan yığması da mübarizə aparır. İlk yarış günündə iki atlet körpücük üzərinə çıxıb. 56 kq çəki dərəcəsinin B qrupunda Elməddin Hüseynov və İsmayıl Məmmədov yarışıb.

    Məmmədov birdən qaldırma hərəkətində 94 kq-ı başı üzərinə qaldıraraq 3-cü olub. Təkanla qaldırmada o, 115 kq-ı ram edib və 11-ci yeri tutub. Toplam 209 kq (94 kq + 115 kq) nəticə göstərən ağırlıqqaldıran B qrupunda 6-cı olub.

    Hüseynov isə birdən qaldırma hərəkətində 94 kq-ı ram edib və bu hərəkətdə 6-cı yeri tutub. Atlet təkanla qaldırma hərəkətində 125 kq-ı qaldıraraq bütün rəqiblərini üstələyib. Toplam 219 kq (94 kq + 125 kq) nəticə göstərən Hüseynov B qrupunda ümumi sıralamada da 1-ci yeri tutub.

    Yekunda Məmmədov 16-cı, Hüseynov isə 8-ci yeri tutub.

    Qeyd edək ki, hər iki atlet ötən il Polşanın Novı Tomısl şəhərində yeniyetmələrin Avropa birinciliyində çıxış ediblər. Həmin yarışda İsmayıl Məmmədov toplam 174 kq (81 kq + 93 kq), Elməddin Hüseynov isə 194 kq (84 kq + 110 kq) nəticə göstərib. Onlar dünya çempionatında nəticələrini müvafiq olaraq, 35 kq və 25 kq yaxşılaşdırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi