​Azərbaycan ağırlıqqaldıranları dünya çempionatında mübarizəyə başlayır

​Azərbaycan ağırlıqqaldıranları dünya çempionatında mübarizəyə başlayır İlk olaraq Silviya Angelova qüvvəsini sınayacaq
Fərdi
20 Noyabr , 2015 15:47
​Azərbaycan ağırlıqqaldıranları dünya çempionatında mübarizəyə başlayır

Bakı. 20 noyabr. REPORT.AZ/ ABŞ-ın Hyuston şəhərində ağırlıqqaldırma üzrə kişilər və qadınlar arasında dünya çempionatına start verilib. "Report"un məlumatına görə, 80-dən çox ölkənin qatıldığı nüfuzlu yarışda Azərbaycan 11 atletlə təmsil olunur.

Qadınların mübarizəsində Silviya Angelova (C qrupu, 48 kq), Boyanka Kostova (A qrupu, 58 kq) və Anastasiya İbrahimli (B qrupu 69 kq), kişilərdən isə Valentin Xristov (A qrupu, 62 kq), Firudin Quliyev (A qrupu, 69 kq), Əfqan Bayramov (C qrupu, 77 kq), Elxan Əliquluzadə (B qrupu, 77 kq), Rövşən Fətullayev (B qrupu, 94 kq), İntiqam Zairov (B qrupu, 94 kq), Nailxan Nəbiyev (C qrupu, 105 kq), Dadaş Dadaşbəyli (B qrupu, 105 kq) iştirak edir.

İlk yarış günündə Azərbaycanın bir atleti qüvvəsini sınayacaq ki, bu da Angelovadır. O, ilkin olaraq 165 kq sifariş verib.

Digər qadın atletlərdən Kostova noyabrın 23-ü, İbrahimli isə ondan 3 gün sonra yarışa qoşulacaq. Kişilərdən Xristov noyabrın 22-də mübarizəyə start verəcək. Ertəsi gün Quliyev, noyabrın 24-də Bayramov və Əliquluzadə, noyabrın 26-da Fətullayev və Zairov, noyabrın 27-də Nəbiyev və Dadaşbəyli yarışacaqlar.

Qeyd edək ki, dünya çempionatına noyabrın 28-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi