Yuxarı

Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatında mübarizəyə başlayır

Turnirdə Azərbaycanı 6 atlet təmsil edəcək

Bakı. 11 aprel. REPORT.AZ/ Bu gün Gürcüstanın paytaxtı Tiflis şəhərində kişi və qadınlar arasında ağırlıqqaldırma üzrə Avropa çempionatı start götürəcək. "Report"un məlumatına görə, 8 gün davam edəcək çempionatda Azərbaycanı 6 atlet təmsil edəcək.

Onlardan biri ilk yarış günündəcə "körpücük" üzərinə çıxacaq. Kişilər arasında 56 kq çəki dərəcəsində yer alan Elmar Əliyev A qrupunda mübarizə aparacaq. Onun qrupunda 10 idmançı yer alıb.

Aprelin 12-də Avropa çempionu və Olimpiya mükafatçısı, dopinq-testdən keçə bilmədiyindən 2 illik cəza müddətini başa vurmuş Valentin Xristov (62 kq) və aprelin 13-də Boyanka Kostova (58 kq) A qrupunda, aprelin 14-də Əfqan Bayramov (77 kq) B qrupunda, İvan Stoitsov (77 kq) A qrupunda, aprelin 16-da Anastasiya İbrahimli (69 kq) A qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatında 38 ölkədən 15 çəki dərəcəsi üzrə 232 ağırlıqqaldıran mübarizə aparacaq. Onlardan 8 çəki dərəcəsi üzrə 136-sı kişilər, 7 çəki dərəcəsi üzrə 96-sı qadınlardır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi