Azərbaycan ağırlıqqaldıranı Misirdə gümüş medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Misirdə gümüş medal qazanıb Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan ağırlıqqaldıranı Əliş Nəzərov Misirin paytaxtı Qahirədə keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının V ağır atletika çempionatında gümüş medal qazanıb.
Fərdi
13 Dekabr , 2018 09:35
Azərbaycan ağırlıqqaldıranı Misirdə gümüş medal qazanıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan ağırlıqqaldıranı Əliş Nəzərov Misirin paytaxtı Qahirədə keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının V ağır atletika çempionatında gümüş medal qazanıb.

“Report” xəbər verir ki, 102 kq çəki dərəcəsində yarışan idmançı 309 kq (142+167) nəticə ilə ikinci olub. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda ağır atletika üzrə Azərbaycan yığma komandasının daha iki üzvü də iştirak edib.

96 kq çəki dərəcəsində mübarizə aparan Nailxan Nəbiyev toplam 333 kq (146+187) nəticə ilə 6-cı, eyni çəkidə yarışan Kamran İsmayılov isə 325 kq (145+180) nəticə ilə 8-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi