Azərbaycan ağır atletika yığmasının heyəti açıqlanıb

Azərbaycan ağır atletika yığmasının heyəti açıqlanıb Yığma üzvləri 2-ci Beynəlxalq Fəcr Kubokunda iştirak edəcəklər
Fərdi
2 Mart , 2017 10:01
Azərbaycan ağır atletika yığmasının heyəti açıqlanıb

Bakı. 2 mart. REPORT.AZ/ Martın 9-da İranın Əhvaz şəhərində start götürəcək 2-ci Beynəlxalq Fəcr Kuboku üçün Azərbaycan ağırlıqqaldırma yığmasının heyəti açıqlanıb.

"Report"un Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, turnirdə ölkənin 7 çəki dərəcəsi üzrə 8 idmançısı mübarizə aparacaq.

Yarışda Azərbaycan milli komandasını Ruslan Rzazadə (56 kq), Allahyar Abışov (62 kq), Sabit Bayramov (69 kq), Orxan Zeynalov və Kənan Əliquliyev (hər ikisi 77 kq), Sənan Mirzəyev (85 kq), Xəlil Gəraylı (105 kq) və Asxab Kolayev (+105 kq) təmsil edəcəklər.

Qeyd edək ki, Fəcr Kuboku martın 14-dək davam edəcək 

Son xəbərlər

Orphus sistemi