​Azərbaycan 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 3-cü lisenziyanı qazanıb

​Azərbaycan 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 3-cü lisenziyanı qazanıb Göstərdiyi nəticə idmançının Rio-2016-ya lisenziyası üçün yetərli olub
Fərdi
4 İyun , 2015 14:45
​Azərbaycan 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 3-cü lisenziyanı qazanıb

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycan 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 3-cü lisenziyanı qazanıb. Bu barədə "Report"a Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, həmin idmançı atletikanın çəkicatma növündə çıxış edən Hanna Skidandır. 23 yaşlı idmançı Moldovada keçirilmiş açıq çempionatda 72,31 metr nəticə ilə 2-ci yeri tutub. Bu isə Skidanın Rio-2016-ya lisenziyası üçün yetərli olub.

Qeyd edək ki, daha öncə Azərbaycanın daha bir çəkicatanı Dmitri Marşin də Rio-2016-ya lisenziya qazanıb. İlk lisenziyanı isə boksçu Albert Səlimov (60 kq) əldə edib.

Son xəbərlər

Orphus sistemi