Azər Əliyev EYOF Komissiyasının üzvü seçilib

Azər Əliyev EYOF Komissiyasının üzvü seçilib Bakı. 14 may. REPORT.AZ/ Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini Azər Əliyev Avropa Olimpiya Komitələrinin (EOC) Avropa Yeniyetmələrinin Olimpiya Festivalı (EYOF) Komissiyasının üzvü seçilib.
Fərdi
14 May , 2018 17:25
Azər Əliyev EYOF Komissiyasının üzvü seçilib
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini Azər Əliyev Avropa Olimpiya Komitələrinin (EOC) Avropa Yeniyetmələrinin Olimpiya Festivalı (EYOF) Komissiyasının üzvü seçilib. 

MOK-un Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, seçki Serbiyanın paytaxtı Belqradda EOC-un iclası çərçivəsində keçirilib.

Toplantıda EOC-un müxtəlif komissiyalarının 4 illik fəaliyyətinə yekun vurulub və növbəti 4 il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib. 

Azərbaycanı A.Əliyevdən əlavə, EOC İcraiyyə Komitəsinin üzvü, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Marketinq İdarəsinin direktoru Mehman Kərimov təmsil edib.

Qeyd edək ki, 2019-cu ildə EYOF Bakıda təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi