​Azadlıq Meydanında "Formula 1" üçün ikimərtəbəli hazır bina sifariş olunub

​Azadlıq Meydanında "Formula 1" üçün ikimərtəbəli hazır bina sifariş olunub Azad Rəhimov: "Yolların təmiri yumşaq formada aparılır, tıxaclara yol vermirik"
Fərdi
2 Fevral , 2016 11:35
​Azadlıq Meydanında Formula 1 üçün ikimərtəbəli hazır bina sifariş olunub

Bakı. 2 fevral. REPORT.AZ/ "Bakıda keçiriləcək "Formula 1" üzrə Avropa Qran Prisinə hazırlıqla bağlı bütün işlər qaydasında gedir. Problem yoxdur". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

O bildirib ki, hazırda 6 km məsafədə yolların dəyişdirilməsi prosesi gedir: "Bu proses zamanı paytaxt sakinlərinə problem yaratmamağa çalışırıq. Baxmayaraq ki, 6 km məsafədə yollar dəyişir. Amma işlər yumşaq formada aparılır, tıxaclara yol vermirik. Ən əsası, betonlamadan öncə yollarda kommunikasiya xətlərinin dəyişdirilməsi işləri yekunlaşıb".

Nazirin sözlərinə görə, artıq yarış üçün 300 metr uzunluğu, 21 metr genişliyi və 2 mərtəbəli bina formasında padok sifariş olunub. Padok hazır şəkildə gələcək və "Azadlıq" meydanında qurulacaq.

Qeyd edək ki, "Formula 1" üzrə Avropa Qran Prisi 17 - 19 iyunda Bakının mərkəzi küçələrində keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi