​Azad Rəhimovun Biləsuvar səfəri təxirə düşüb

​Azad Rəhimovun Biləsuvar səfəri təxirə düşüb Buna səbəb həmin gün xüsusi əhəmiyyət kəsb edən dövlət tədbirinin olmasıdır
Fərdi
26 Yanvar , 2015 17:15
​Azad Rəhimovun Biləsuvar səfəri təxirə düşüb

Bakı. 26 yanvar. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimovun Biləsuvarda sakinlərlə nəzərdə tutulan görüşü təxirə salınıb. 

"Report"un nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, səbəb həmin gün - yanvarın 27-də xüsusi əhəmiyyət kəsb edən dövlət tədbirinin olmasıdır.

Qəbulun nə vaxt keçiriləcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Azad Rəhimov Biləsuvarda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarından olan sakinləri qəbul etməli idi.

Son xəbərlər

Orphus sistemi