Azad Rəhimova WBC-nin çempion kəməri hədiyyə olunub

Azad Rəhimova WBC-nin çempion kəməri hədiyyə olunub Mükafatı Vitali Kliçko və Evander Holifild təqdim ediblər
Fərdi
2 Oktyabr , 2017 12:14
Azad Rəhimova WBC-nin çempion kəməri hədiyyə olunub
Report/ Elshan Baba

Bakı. 2 oktyabr. REPORT.AZ/ Dünya Boks Şurasının (WBC) prezidenti Maurusio Süleyman Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova çempion kəməri hədiyyə edib.

"Report" xəbər verir ki, xüsusi mükafatı WBC-nin Bakıda işinə başlayan 55-ci Konvensiyası zamanı məşhur boksçular - Vitali Kliçko və Evander Holifild təqdim ediblər.

Qeyd edək ki, federasiya rəhbərləri, idman menecerləri, keçmiş və hazırki çempionatların, ümumilikdə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika qitəsindən 500-dən çox qonağın qatıldığı Konvensiyaya oktyabrın 6-da yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi