Azad Rəhimov Monakoda Sülh və idman forumundadır

Azad Rəhimov Monakoda Sülh və idman forumundadır Nazir Şahzadə II Albertlə görüşüb
Fərdi
8 Dekabr , 2017 18:27
Azad Rəhimov Monakoda Sülh və idman forumundadır
Gənclər və idman naziri Azad Rəhimov / Report

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov X Sülh və İdman forumuna qatılmaq məqsədi ilə Monakoda səfərdədir.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, forumun əsas məqsədi texnologiyanın inkişafının idmançıların daha yaxşı nəticələr əldə etmələrinə, onların fiziki sağlamlığının qorunmasına və ümumilikdə, gənclərin idmana həvəsinin artırılmasına müsbət təsirinin inkişafıdır. 

Tədbirin sonuncu günündə gənclər və idman sahələrinə məsul nazirlərin toplantısı keçirilib. Braziliya, Portuqaliya, Tunis, Yəmən, Qətər, İraq, Seneqal, Sierra-Leon, Qabon və digər ölkələrin baş nazirləri, gənclər və idman sahələrinə məsul nazirlərinin qatıldğı toplantıda nazir son illər idman sahəsində görülən və əldə olunan nəticələr, idman infrastrukturunun inkişafı barədə məlumat verib.

A.Rəhimov bildirib ki, 2015-ci ildə ölkədə keçirilən ilk Avropa Oyunları paytaxtda və ölkənin regionlarında idman infrastrukturunun inkişafı və yenilənməsində xüsusi rol oynayıb: “Bu gün Azərbaycanda beynəlxalq standartlara cavab verən, ən mötəbər idman tədbirlərinin keçirilməsi üçün hər bir şəraitə malik idman qurğuları var. Su idmanı sarayı, 68 minlik tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Şahdağ Xizək Kompleksi və digər idman qurğuları dediklərimin bariz nümunəsidir". 

İdmançıların sağlamlığının qorunması mövzusundan danışarkən nazir ölkədə bu istiqamətdə uğurla çalışan Milli Diaqnostika və Reabilitasiya İnstitutunun fəaliyyəti, idmançıların vaxtında müayinədən keçib, lazımi müalicələri almaları üçün görülən işlər haqqında məlumat verib. Nazir eyni zamanda Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Milli Antidoping Agentliyinin də faəliyyəti bərədə tədbir iştirakçılarını məlumatlandırıb.

Səfəri çərçivəsində nazir Azad Rəhimov Monako Şahzadəsi II Albertlə görüşüb. Nazir ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin salamlarını Monako şahzadəsinə çatdırıb. Şahzadə salamlar üçün dərin təşəkkürünü bildirib və onun da salamlarını prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Bunula yanaşı, nazir Fransanın Milli Olimpiya Komitəsinin baş katibi, Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin Beynəlxalq əlaqələr departamentinin direktoru və digər rəsmilərlə görüşüb.

Son xəbərlər

Orphus sistemi