Azad Rəhimov Mingəçevirdə vətəndaşları qəbul edəcək

Azad Rəhimov Mingəçevirdə vətəndaşları qəbul edəcək Qəbul martın 12-də Heydər Əliyev Mərkəzində keçiriləcək
Fərdi
10 Mart , 2015 15:39
Azad Rəhimov Mingəçevirdə vətəndaşları qəbul edəcək

Bakı. 10 mart. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov martın 12-də Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan qəbulda Mingəçevir şəhəri, həmçinin Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul üçün vətəndaşlar yuxarıda adları çəkilən rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Son xəbərlər

Orphus sistemi