Azad Rəhimov Avstriya kanslerinin müavinini qəbul edib

Azad Rəhimov Avstriya kanslerinin müavinini qəbul edib Bakı. 18 sentyabr. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda rəsmi səfərdə olan Avstriya kanslerinin müavini, ölkənin idman naziri Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Fərdi
18 Sentyabr , 2018 16:44
Azad Rəhimov Avstriya kanslerinin müavinini qəbul edib
0 : 00
0 : 00

Bakı. 18 sentyabr. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda rəsmi səfərdə olan Avstriya kanslerinin müavini, ölkənin idman naziri Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, A.Rəhimov həmkarına Azərbaycana gəldiyi və idman sahəsindəki inkişafa böyük maraq göstərdiyi üçün təşəkkürünü bildirib. O, avstriyalı idmançıları təlim-məşq toplanışlarına, təcrübə mübadiləsinə dəvət edib. Nazir bildirib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən Olimpiya komplekslərində idmanın inkişafı, idmançıların birgə toplanışlara qatılmaları üçün hər cür şərait var. Bununla yanaşı, A.Rəhimov Azərbaycanın müxtəlif illlərdə “Bakı 2015” I Avropa Oyunları, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları, “Formula 1” , Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etdiyini, fərqli layihələrin həyata keçirilməsi istiqamətində Avstriya ilə maraqlı əməkdaşlıq edə biləcəyini də diqqətə çatdırıb.

O, “Bakı 2015” I Avropa Oyunları zamanı avstriyalı idmançı Vanessa Şahinoviçin düşdüyü qəzadan sonra Azərbaycan hökumətinin atletin sağalması istiqamətində bütün dəstəyi göstərdiyini və bu işdə H.K.Ştraxenin xidmətinin olduğunu qeyd edərək ona dərin minnətdarlığını bildirib.

Öz növbəsində, H.K.Ştraxen də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə atlet Vanessa Şahinoviçin sağlamlığına çox həssas yanaşdığını, hər bir diqqət və qayğını göstərdiyini bildirərək dərin təşəkkür edib.

Bununla yanaşı, qonaq Azərbaycan idmanı ilə sıx maraqlandığını, ölkənin bu sahədə qazandığı uğurların kifayət qədər yüksək olduğunu söyləyib. O, Azərbaycanın cüdo üzrə dünya çempionatına çox ciddi hazırlaşdığını, bu istiqamətdə keçirilən bir sıra tədbirlərə də qatıldığını diqqətə çatdırıb. Vitse-kansler Avstriyada da şahmat, güləş və idman növlərinin Azərbaycanla eyni səviyyədə inkişafını arzuladığını xüsusi olaraq vurğulayaraq, böyük məmniniyyətlə bu istiqamətlərdə qarşılıqlı əməkdaşlğa hazır olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi