Azad Rəhimov ABŞ-da bir neçə rəsmi görüş keçirəcək

Azad Rəhimov ABŞ-da bir neçə rəsmi görüş keçirəcək I Avropa Oyunları da müzakirə olunacaq
Fərdi
26 Oktyabr , 2015 11:59
Azad Rəhimov ABŞ-da bir neçə rəsmi görüş keçirəcək

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu gün ABŞ-ın paytaxtı Vaşinqtonda Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) 20-ci Assambleyası işə başlayır. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər ANOC-un prezidenti Şeyx Əhməd Əl Fahad Əl-Sabah və ABŞ Olimpiya Komitəsinin Prezidenti Lourens Probstun dəvəti əsasında gerçəkləşib. 

A.Rəhimov, assambleya çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinin, Beynəlxalq Federasiyaların, Milli Olimpiya Komitələrinin və Olimpiya Hərəkatı ilə sıx əməkdaşlıq edən təşkilatların rəhbərləri ilə görüşlər keçirəcək. "Bakı 2015" I Avropa oyunlarının tarixdə ilk dəfə keçirilməsi, bu Oyunların dünya idman tarixinə imza atması, Azərbaycanda yaradılmış idman infrasturkturu, yüksək səviyyədə həyata keçirilən təşkilati məsələlər və bundan irəli gələrək ölkənin gələcəkdə daha mötəbər tədbirlərə ev sahibliyi etməsi nazirin rəsmi görüşləri zamanı diqqət mərkəzində olacaq mövzular sırasındadır. 

ANOC prezidenti Şeyx Əhməd Əl Fahad Əl-Sabahla görüşü zamanı A.Rəhimov 2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi oyunlarına hazırlıq prosesi haqda danışacaq, bu istiqamətdə görülməli olan işlər ətrafında müzakirələr aparacaq. Oktyabrın 30-dək davam edəcək Assambleyada peşəkar idmançıların təlimi, ətraf mühitin qorunmasında Olimpiya Hərəkatının rolu, idman və sosial inkişaf, Olimpiya həmrəyliyi və bir sıra mövzular barədə çıxışlar və onların ətrafında müzakirələr olacaq.

Son xəbərlər

Orphus sistemi