Bakı. 9 sentyabr. REPORT.AZ/ Bakı şəhəri 2024-cü il Yay Olimpiya Oyunları ilə bağlı namizədliyini verməyib. Bu barədə "Report"a gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
O bildirib ki, hələ müzakirələr gedir və ayın 15-dək yekun qərar veriləcək: "Hazırda məsələyə hərtərəfli baxılır və təhlil olunur".
Nazirin sözlərinə görə, namizədlikdə əsas maddi məsələlərdir: "Bununla yanaşı, digər məsələlər də çoxdur. Qısa müddətdə yeni gündəlik qəbul olunmalı və təqdim etməliyik".