Avtomobil Federasiyası klassik avtomobil sahiblərini yürüşə dəvət edib

Avtomobil Federasiyası klassik avtomobil sahiblərini yürüşə dəvət edib Azərbaycan Avtomobil Federasiyası (AAF) mayın 29-da klassik avtomobil sahiblərini və avtomobil həvəskarlarını yürüşə dəvət edib.
Fərdi
20 May , 2022 14:10
Avtomobil Federasiyası klassik avtomobil sahiblərini yürüşə dəvət edib

Azərbaycan Avtomobil Federasiyası (AAF) mayın 29-da klassik avtomobil sahiblərini və avtomobil həvəskarlarını yürüşə dəvət edib.

Federasiyadan "Report"a verilən xəbərə görə, Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək klassik avtomobillər Bakı şəhəri üzrə yürüş edəcəklər.

1982-ci ilədək istehsal olunan klassik avtomobil sahibləri tədbirdə iştirak etmək üçün 23 may saat 18:00-dək Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilər.

Son xəbərlər

Orphus sistemi