Avstraliyanın ikiqat olimpiya çempionu Maykl Daymond həbs edilib

Avstraliyanın ikiqat olimpiya çempionu Maykl Daymond həbs edilib Onun həbs edilməsinə səbəb sərxoş halda avtomobil idarə etməsidir
Fərdi
23 May , 2016 03:37
Avstraliyanın ikiqat olimpiya çempionu Maykl Daymond həbs edilib

Bakı. 23 may. REPORT.AZ/ Avstraliya polisi ikiqat olimpiya çempionu Maykl Daymondu həbs edib. "Report"un məlumatına görə, onun həbs edilməsinə səbəb sərxoş halda avtomobil idarə etməsidir.

Bu barədə Yeni Cənubi Uels ştatının Nelson-Bey şəhərinin polisi məlumat yayıb. Məlumata görə, polis əməkdaşları Daymonddan alkoqol testindən keçməyi xahiş ediblər. Lakin idmançı bundan imtina edib.

Bundan sonra polis əməkdaşları idmançının avtomobilinə baxış keçiriblər. Asayiş keşikçiləri maşından tüfəng və 150 parton tapıblar. Daymond polis bölməsinə aparılıb.

Məcburi alkoqol testindən keçən idmançıda alkoqolun normadan artıq istifadəsi aşkar edilib. İdmançı sərxoş halda avtomobil idarə etməkdə və silahı düzgün saxlamamaqda ittiham edilir.

Daymond iyunda məhkəmə qarşısına çıxarılacaq. O, sürücülük hüququndan və silah saxlama lisenziyasından məhrum edilib.

Son xəbərlər

Orphus sistemi