Tennis üzrə ilk Böyük Dəbilqənin qalibi məlum olub

Tennis üzrə ilk Böyük Dəbilqənin qalibi məlum olub Tennis üzrə Avstraliya Açıq çempionatında (US Open) kişilərin fərdi mübarizəsində qalib bəlli olub.
Fərdi
30 Yanvar , 2022 18:12
Tennis üzrə ilk Böyük Dəbilqənin qalibi məlum olub

Tennis üzrə Avstraliya Açıq çempionatında (Australian Open) kişilərin fərdi mübarizəsində qalib bəlli olub.

"Report"un məlumatına görə, finalda ispaniyalı Rafael Nadalla rusiyalı Daniil Medvedev üz-üzə gəlib.

Qarşılaşma Nadalın 3:2 (2:6, 6:7, 6:4, 6:4, 7:5) hesablı qələbəsi ilə bitib. İlk iki setdə Medvedev qələbə qazanıbsa, növbəti 3 setdə 36 yaşlı raketka ustası rəqibinə şans verməyib.

Böyük Dəbilqə seriyalı turnirlərdə 21-ci dəfə çempion olan Rafael Nadal isveçrəli Roje Federer və serbiyalı Novak Cokoviçi geridə qoyaraq yeni rekorda imza atıb.

Qeyd edək ki, qadınların fərdi mübarizəsində qalib adını finalda ABŞ tennisçisi Daniel Kollinzi yenən avstraliyalı Eşli Barti qazanıb. 

Son xəbərlər

Orphus sistemi