Avropadan FİFA Şurasına 4 üzv seçilib

Avropadan FİFA Şurasına 4 üzv seçilib Daha bir yer üçün seçki isə sentyabrda olacaq
Fərdi
5 Aprel , 2017 16:28
Avropadan FİFA Şurasına 4 üzv seçilib

Bakı. 5 aprel. REPORT.AZ/ Avropadan FİFA Şurasına 4 üzv seçilib. “Report”un məlumatına görə, seçki Finlandiyanın paytaxtı Helsinkidə UEFA-nın 41-ci Növbəti Konqresi çərçivəsində baş tutub.

UEFA-ya üzv olan 55 milli assosiasiyanın nümayəndələrinin iştirak etdiyi səsvermədə növbəti 4 il müddətinə 3 nəfər, 2 illik müddətinə isə 1 nəfər seçilib. Deyan Saviçeviç (Monteneqro), Kostakis Kutsokuminis (Kipr) və Şandor Çanyi (Macarıstan) 4 il müddətinə ali futbol qurumunun Şurasına üzv olacaqlar. İki il müddətinə seçkidə isə Almaniya Futbol İttifaqının sabiq prezidenti Volfqanq Nirsbaxı onun sələfi Raynhard Qrindel əvəzləyib.

Daha bir yer üçün seçki isə sentyabrda İsveçrənin Nyon şəhərində Növbədənkənar Konqresdə keçiriləcək.

Qeyd edək ki, daha əvvəl FİFA Şurasına 4 illik müddət üçün 4 yerə 5 namizəd olub. Lakin Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutkonun namizədliyi siyasi neytrallıq meyarına uyğun gəlmədiyi üçün qəbul edilməyib. İslandiya Futbol Assosiasiyasının sabiq prezidenti Qeyr Torsteynsson isə namizədliyini geri götürüb.

Son xəbərlər

Orphus sistemi