Avropa və dünya çempionumuz son lisenziya turnirinə aparılmır

Avropa və dünya çempionumuz son lisenziya turnirinə aparılmır Əvəzində Məmmədov həmin yarışda lisenziyasız qalıb
Fərdi
29 Aprel , 2021 13:01
Avropa və dünya çempionumuz son lisenziya turnirinə aparılmır
Eldəniz Əzizli

Azərbaycanın yunan-Roma güləşi üzrə Avropa və dünya çempionu Eldəniz Əzizli Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirində iştirak etməyəcək.

"Report"un məlumatına görə, federasiya 60 kq-da Murad Məmmədova şans verəcək.

Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında 55 kq çəki dərəcəsində bürünc medal qazanmış Əzizli Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirinə də qatılmayıb.

Məmmədov isə həmin yarışda finala yüksələ bilmədiyi üçün lisenziyasız qalıb və üstəlik, zədə səbəbindən, üçüncü yer uğrunda görüşdə iştirak etməyib.

Qeyd edək ki, Sofiyadakı yarış 6 - 9 mayda gerçəkləşəcək. Bu, güləş növündə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnir olacaq.

Son xəbərlər

Orphus sistemi