Bakıda keçiriləcək ​Avropa Qran Prisinə ilk bilet gecə vaxtı ABŞ-dan alınıb

Bakıda keçiriləcək ​Avropa Qran Prisinə ilk bilet gecə vaxtı ABŞ-dan alınıb Bu barədə Bülent Özerdim məlumat verib
Fərdi
2 Mart , 2016 12:53
Bakıda keçiriləcək ​Avropa Qran Prisinə ilk bilet gecə vaxtı ABŞ-dan alınıb

Bakı. 2 mart. REPORT.AZ/ "Bütün gücümüzlə çalışırıq ki, Avropa Qran Prisi yüksək səviyyədə keçirilsin". "Report"un məlumatına görə, bunu Bakı Şəhər Halqasının Əməliyyat Şirkəti (BŞH) Kommersiya Şöbəsinin rəhbəri Bülent Özerdim deyib.

B.Özerdim bildirib ki, 17 - 19 iyunda Bakıda təşkil olunacaq Avropa Qran Prisi müəyyən çətinliklərlə müşayiət olunacaq. Amma onun fikrincə, uzunmüddətli layihə növbəti illərdə daha böyük səmərələr əldə edəcək: "Formula 1 futbol üzrə dünya çempionatından sonra ən çox izlənilən yarışdır. Qran Pri yarışlarını 425 milyon insan tamaşa edir. Bakıya 10 min əcnəbi turistin gəlişi gözlənilir". 

BŞH rəsmisi Avropa Qran Prisinə ilk biletin ABŞ-dan gecə saatlarında alındığını və buna çox təəccübləndiklərini dilə gətirib: "İki aydan çoxdur bilet satışına başlamışıq. İlk bileti alan ABŞ-dan oldu. Bileti satışa çıxardıqdan az sonra oranın vaxtı ilə gecə saat 3-də almışdılar. Bu, bizi xeyli təəccübləndirdi. Demək, Avropa Qran Prisinə maraq gecə vaxtı da insanları bilet almağa sövq edib. Ümumiyyətlə, biletlərin 65 faizinin xarici ölkələrə satılacağını gözləyirik. Daha çox biletin Rusiya, İngiltərə, Hollandiya, Almaniya, Ukrayna, İtaliya və ABŞ kimi xarici ölkələrdən alınacağını proqnozlaşdırırıq".

Son xəbərlər

Orphus sistemi