Yuxarı

Avropa Qran Prisində sıralama yürüşünün qalibi müəyyənləşib

Finiş xəttinə hamıdan tez Niko Rosberq çatıb

Bakı. 18 iyun. REPORT.AZ/ Formula 1 üzrə Avropa Qran-prisinin sıralama yürüşünün nəticələri məlum olub. "Report" xəbər verir ki, finiş xəttinə hamıdan tez "Mercedes" komandasının pilotu Niko Rosberq çatıb.

Onun göstəricisi 1 saat 42.758 dəqiqədir. Yürüşün ikinci sürətli pilotu 1:43.515 saat göstərici ilə "Force İndia" komandasının üzvü Serxio Peres olub. Üçüncü yerdə 1:43.966 dəqiqə göstərici ilə "Red Bull Racing" komandasından Daniel Rikkardo qərarlaşıb.

Avropa Qran-prisində yarışacaq pilotların ardıcıllığı belədir:

1. Niko Rosberq - "Mercedes"
2. Serxio Peres - "Force İndia"
3. Daniel Rikkardo - "Red Bull Racing"
4. Sebastian Fettel - "Ferrari"
5. Kimi Raykonnen - "Ferrari"
6. Felipe Massa - "Uilyams"
7. Daniil Kvyat - "Red Bull Racing"
8. Valtteri Bottas - "Uilyams"
9. Maks Ferstappen - "Toro Rosso"
10. Lüis Hamilton - "Mercedes"

II sessiyadan sonra:
11. Roman Qrojan - "Haas"
12. Niko Hülkenberq - "Force İndia"
13. Karlos Saynts - "Toro Rosso"
14. Fernando Alonso - "McLaren"
15. Estabean Qutyerres - "Haas"
16. Felipe Nasr - "Sauber"

I sessiyadan sonra:
17. Rio Haryanto - "Manor"
18. Paskal Verlyayn - "Manor"
19. Censon Batton - "McLaren"
20. Markus Erikson - "Sauber"
21. Kevin Maqnussen - "Renualt"
22. Kolion Palmer - "Renault"

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi