Yuxarı
    Bağlamaq

    Avropa Oyunlarında Azərbaycana medal qazandırmış boksçu karyerasını başa vurub

    Xaybula Musalov gözündən aldığı zədə üzündən rinqlə vidalaşıb

    Bakı. 19 aprel. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında gümüş medal qazanmış Azərbaycan boksçusu Xaybula Musalov karyerasını başa vurub. Bu barədə "Report"a federasiyanın icraçı direktoru Nağı Səfərov məlumat verib.

    N.Səfərovun sözlərinə görə, 26 yaşlı idmançının qərarına zədəsi səbəb olub: "Musalov Avropa Oyunlarından sonra təlim-məşq toplanışında gözündən zədə almışdı. Bir müddət həkim nəzarətində olsa da, həkimlər onun döyüşməsinə icazə vermədilər. Bu səbəbdən, Xaybula karyerasını bitirməli oldu".

    Qeyd edək ki, Xaybula Musalov "Bakı 2015" I Avropa Oyunlarında 75 kq çəki dərəcəsində gümüş medal qazanıb. Hələlik Azərbaycan yığması bu çəkidə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya əldə edə bilməyib.    

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi