Olimpiya Təsnifat Turniri: Qadın güləşçilərimiz lisenziyasız qaldı - YENİLƏNİB

Olimpiya Təsnifat Turniri: Qadın güləşçilərimiz lisenziyasız qaldı - YENİLƏNİB Elis Manolova yarımfinala yüksəldi
Fərdi
19 Mart , 2021 22:47
Olimpiya Təsnifat Turniri: Qadın güləşçilərimiz lisenziyasız qaldı - YENİLƏNİB

Azərbaycanın qadın güləşçisi Elis Manolova Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 68 kq çəki dərəcəsində mübarizə aparan idmançı Rusiya təmsilçisi Xanım Vəliyeva ilə üz-üzə gəlib.

Rəqibinə uduzan Avropa çempionu həm finala vəsiqə, həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya şansını əldən verib. O, bürünc medal uğrunda İrina Ringaci (Moldova) ilə qarşılaşacaq.

Manolova ilə yanaşı, Leyla Qurbanova (53 kq) da "bürünc" görüşünə çıxacaq. Onun rəqibi Yuliya Leorda (Moldova) olacaq.

Alyona Kolesnik (57 kq) və Tatyana Omelçenko (62 kq) isə təsəlliverici görüşlərdə iştirak edəcəklər. Onlar müvafiq olaraq, Veronika Çumikova (Rusiya) və Sara Da Kol (İtaliya) ilə üz-üzə gələcək.

Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi Avropa Olimpiya Təsnifat Turnirində 4 medal qazanıb. Kişilərin mübarizəsində Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) gümüş, İslam Bazarqanov (57 kq) və Camaləddin Məhəmmədov (125 kq) isə bürünc medala yiyələnib. H.Əliyev və H.Hacıyev eyni zamanda Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

16:53

Qadın güləşi üzrə Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində mübarizəyə başlayıb.

"Report" xəbər verir ki, yığmanın heyətində Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (57 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (78 kq) 1/8 finaldan, Tatyana Omelçenko (76 kq) isə 1/4 finaldan yarışa qoşulub.

Qurbanova Timea Şekeri (Macarıstan) mübarizədən kənarlaşdırsa da, Vanesa Kalacinskayanın (Belarus) müqavimətini qıra bilməyib.

Kolesnik ilk görüşdə, Evelina Nikolovaya (Bolqarıstan), Zutova Corcina Neltorpa (Böyük Britaniya) məğlub olub.

Avropa çempionu Manolova ardıcıl olaraq İlana Kratiş (İsrail) və Danute Domikaytiteyə (Litva) qalib gələrək yarımfinala adlayıb. Manolova finala gedən yolda Rusiya təmsilçisi Xanım Vəliyeva ilə görüşəcək.

Omelçenko isə 1/4 finalda Anastasiya Qriqoryevaya məğlub olub.

Qeyd edək ki, qadın güləşçilərin yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi