Azərbaycanın cüdo hakimləri beynəlxalq yarışları idarə ediblər

Azərbaycanın cüdo hakimləri beynəlxalq yarışları idarə ediblər Ötən həftənin sonu böyüklər və yeniyetmə cüdoçular arasında Avropa kuboku uğrunda yarışlar keçirilib.
Fərdi
4 Mart , 2020 19:54
Azərbaycanın cüdo hakimləri beynəlxalq yarışları idarə ediblər

Ötən həftənin sonu böyüklər və yeniyetmə cüdoçular arasında Avropa kuboku uğrunda yarışlar keçirilib.

"Report" xəbər verir ki, azərbaycanlı hakimlər də beynəlxalq turnirləri idarə edən ədalət təmsilçiləri arasında yer alıblar.

Beynəlxalq dərəcəli hakim Valeh Məhərrəmov Polşanın Varşava şəhərində keçirilən böyüklər arasında Avropa kuboku yarışını idarə edib. Daha bir beynəlxalq dərəcəli referi Nazim Umbayev isə Türkiyənin Antalya şəhərində baş tutan yeniyetmə cüdoçuların Avropa kuboku yarışında ədalət təmsilçisi olub.

Hər iki hakim yarış ərəfəsində baş tutan beynəlxalq seminarlarda da iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi