Azərbaycan Avropa Gənclər Yay Olimpiya Festivalında 12 cüdoçu ilə təmsil olunacaq

Azərbaycan Avropa Gənclər Yay Olimpiya Festivalında 12 cüdoçu ilə təmsil olunacaq İyulun 21-də Bakıda start götürəcək XV Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycanı 12 cüdoçu təmsil edəcək.
Fərdi
18 İyul , 2019 17:14
Azərbaycan Avropa Gənclər Yay Olimpiya Festivalında 12 cüdoçu ilə təmsil olunacaq

İyulun 21-də Bakıda start götürəcək XV Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycanı 12 cüdoçu təmsil edəcək. 

"Report" xəbər verir ki, Azərbaycanın həm oğlanlar, həm də qızlardan ibarət cüdo millisinin üzvləri 4 gün ərzində medallar uğrunda mübarizə aparacaqlar. Festivalda cüdo yarışlarına iyulun 24-də start veriləcək. 3 gün baş tutacaq fərdi mübarizələrdən sonra iyulun 27-də qarışıq komanda yarışı keçiriləcək. 

Azərbaycan bu mötəbər yarışda 8 oğlan və 4 qız cüdoçu ilə təmsil olunacaq.  Bunlar Gülşən Bəşirova (44 kq), Səbinə Əliyeva (48 kq), Aytac Qardaşxanlı (57 kq), Nərmin Əmirli (70 kq), İsmayıl Qənbərli (50 kq), Şükran Zamanlı (55kq), Turan Bayramov (60kq), Mətin Rzazadə (66 kq), Vüqar Talıbov (73 kq), Məhərrəm İmamverdiyev (81kq), Ruslan Nəsirli (90kq) və Huseyn Məmmədovdur (90+). 

Son xəbərlər

Orphus sistemi