Avropa çempionatının vaxtı və yeri dəyişdirildi

Avropa çempionatının vaxtı və yeri dəyişdirildi Güləş üzrə 2021-ci il Avropa çempionatı fevraldan aprelə keçirilib.
Fərdi
22 Dekabr , 2020 23:34
Avropa çempionatının vaxtı və yeri dəyişdirildi

Güləş üzrə 2021-ci il Avropa çempionatı fevraldan aprelə keçirilib.

"Report"un məlumatına görə, bu barədə Dünya Güləş Birliyinin Büro iclasında qərar qəbul olunub. Yarış öncədən açıqlandığı kimi, Polşanın Katovitse şəhərində deyil, paytaxt Varşavada 19 - 25 apreldə təşkil ediləcək.

Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turniri 18 - 21 martda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq Dünya Təsnifat Turniri isə öncədən nəzərdə tutulduğundan bir həftə sonraya - 6 - 9 maya keçirilib.

Son xəbərlər

Orphus sistemi