Avropa çempionatının vaxtı və yeri açıqlandı

Avropa çempionatının vaxtı və yeri açıqlandı Sambo üzrə Avropa çempionatının yeri və vaxtı dəqiqləşib
Fərdi
4 Mart , 2021 20:20
Avropa çempionatının vaxtı və yeri açıqlandı
0 : 00
0 : 00

Sambo üzrə Avropa çempionatının yeri və vaxtı dəqiqləşib.

"Report" Beynəlxalq Sambo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarış 13 - 16 mayda Kiprin Limassol şəhərində gerçəkləşəcək.

Bütün idmançılar yarışa gəlməmişdən 72 saat əvvəl koronavirus testindən keçməlidir. Turnir sanitar qaydalara əsasən qapalı şəkildə təşkil olunacaq. Yarış gənclər arasında Avropa çempionatı ilə birlikdə olacaq.

Qeyd edək ki, daha əvvəl Avropa çempionatının 21 - 23 mayda İtaliyada, gənclərin yarışının isə 16 - 18 apreldə Kiprdə təşkili planlaşdırılırdı.

Son xəbərlər

Orphus sistemi