Güləşçilərimiz Avropa Çempionatında finala vəsiqə qazanıb - YENİLƏNİB

Güləşçilərimiz Avropa Çempionatında finala vəsiqə qazanıb - YENİLƏNİB Yarışın ilk günündə 57 və 86 kq çəkidə sərbəst, 48 və 63 kq çəkidə qadın güləşçilər mübarizə aparacaq
Fərdi
8 Mart , 2016 15:12
Güləşçilərimiz Avropa Çempionatında finala vəsiqə qazanıb - YENİLƏNİB

Bakı. 8 mart. REPORT/ Güləş üzrə böyüklər arasında Avropa çempionatının ilk yarış günündə 3 idmançımız mübarizəyə qoşulub. 

"Report" xəbər verir ki, 48 kq-da qadın güləşçilərin mübarizəsində ölkəmizi təmsil edən Mariya Stadnik üç rəqibini məğlub edərək finala vəsiqə qazanıb. 

Əvvəlcə 1/8 finalda Oleksandr Koqutu (Ukrayna) 10:0 hesabı ilə üstələyən Stadnik 1/4 finalda Valentina İslamovaya (Rusiya) 5:2, yarımfinalda isə Elitsa Yankovaya (Bolqarıstan) 9:0 (tuşe) qalib gələrək həlledici görüşə vəsiqə qazanıb. Burada onun rəqibi Emilia Vuç (Rumıniya) olacaq. Final görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Kişilərin yarışında isə 57 kq-da sərbəst üsulla güləşən Mahir Əmiraslanov 1/8 finalda Eduards Kuçepalovsu (Latviya) 11:1 hesabıyla məğlub etsə də, 1/4 finalda Ukrayna təmsilçisi Andrey Yatsenkoya 8:9 hesabıyla uduzub. Medal qazanmaq şansını saxlamaq üçün təsəlliverici görüşdə Marsel Evaldla (Almaniya) qarşılaşan Mahir Əmiraslanov rəqibini 3:0 hesabıyla üstələyib. Bürünc medal uğrunda görüşdə o, rumıniyalı Andrey Dukovla qarşılaşacaq.

86 kq çəkidə sərbəst güləşçilərin yarışmasında isə Azərbaycanı təmsil edən Aleksandr Qostiyev Stadnik kimi üç rəqibini məğlub edərək finala vəsiqə qazanıb. Əvvəlcə 1/8 finalda polşalı Zbiqnev Baranovskini 3:0 hesabıyla məğlub edən (rəqib görüşə çıxmayıb) Qostiyev 1/4 finalda Dato Marsaqişvilini (Gürcüstan) 4:3, yarımfinalda isə Aleksandr Huştini (Belarus) 3:1 hesabıyla üstələyib. İndi idmançımız finalda rusiyalı Şamil Kudiamaqomedovla güləşəcək.

Qeyd edək ki, final görüşləri Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

***12:27

Latviyanın paytaxtı Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı start götürüb.

Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, yarışın ilk günündə 57 və 86 kq çəkidə sərbəst, 48 və 63 kq çəkidə qadın güləşçilər mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi