Avropa çempionatında tarix yazan Azərbaycan cüdoçuları Vətənə qayıdıblar

Avropa çempionatında tarix yazan Azərbaycan cüdoçuları Vətənə qayıdıblar Heydər Əliyev Beynəlxalq Hava Limanında yığma üzvlərini rəsmi şəxslər və cüdo ictimaiyyətinin nümayəndələri qarşılayıblar
Fərdi
14 Noyabr , 2016 17:42
Avropa çempionatında tarix yazan Azərbaycan cüdoçuları Vətənə qayıdıblar

Bakı. 14 noyabr. REPORT.AZ/ İsrailin paytaxtı Təl-Əvivdə 23 yaşadək cüdoçular arasındakı Avropa çempionatında tarix yazan Azərbaycan milli komandası Vətənə qayıdıb. 

Cüdo Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında yığma üzvlərini rəsmi şəxslər və cüdo ictimaiyyətinin nümayəndələri qarşılayıblar.

Qitə birinciliyində 2 medal qazanılıb. 73 kq çəki dərəcəsində yarışan Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. 90 kq çəkidə yarışan Furudin Dadaşov isə bürünc medala sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi