Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandalarının heyətləri açıqlanıb

Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandalarının heyətləri açıqlanıb Yarışda 23 pəhləvan mübarizə aparacaq
Fərdi
27 Mart , 2017 11:21
Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandalarının heyətləri açıqlanıb

Bakı. 27 mart. REPORT.AZ/ Martın 28-də Macarıstanın Szombathely şəhərində start götürəcək güləş üzrə U-23 Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandalarının heyətləri açıqlanıb.

"Report"un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışda 23 pəhləvan mübarizə aparacaq.

İlk olaraq mübarizəyə qoşulacaq sərbəst güləş üzrə yığmanın böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayev Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə (61 kq), Teymur Məmmədov (65 kq), Hacımurad Ömərov (70 kq), İsmayıl Abdullayev (74 kq), Kənan Əliyev (86 kq), Pərviz Axundov (97 kq) və Umar İsrailovu (125 kq) heyətə cəlb ediblər.

Böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında çempionatda ölkənin 7 qadın güləşçisi - Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) çıxış edəcək.

Avropa çempionatının son iki günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq. Gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında çempionata Murad Məmmədov (59 kq), Sənan Süleymanov (66 kq), İslambek Dadov (71 kq), Ruhin Mikayılov (75 kq), Elton Vəzirzadə (80 kq), Arif Niftullayev (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nəzəriani (125 kq) yollanacaq.

Çempionatda görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.

Qeyd edək ki, aprelin 2-dək davam edəcək çempionatda 19 - 23 yaşlı idmançılar mübarizə aparacaq. 

Son xəbərlər

Orphus sistemi