Avropa çempionatında çıxışını başa vuran Azərbaycan cüdoçuları Vətənə qayıdıb - YENİLƏNİB

Avropa çempionatında çıxışını başa vuran Azərbaycan cüdoçuları Vətənə qayıdıb - YENİLƏNİB Avropa çempionatında çıxışını uğurla başa vuran Azərbaycan cüdoçuları Vətənə qayıdıb.
Fərdi
3 May , 2022 10:59
Avropa çempionatında çıxışını başa vuran Azərbaycan cüdoçuları Vətənə qayıdıb - YENİLƏNİB

Video əlavə olunub

02.00

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında çıxışını uğurla başa vuran Azərbaycan cüdoçuları Vətənə qayıdıb.

“Report” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında cüdoçuları ACF-nin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, jurnalistlər və cüdosevərlər qarşılayıblar.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Avropa çempionatını 3 medalla başa vurublar. Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medala yiyələnib.

Operator: İlqar Abdullayev

Montajçı: Məhəmməd Ağayev

Son xəbərlər

Orphus sistemi