Avropa çempionatında çıxış edəcək Azərbaycan akrobatlarının adları açıqlanıb

Avropa çempionatında çıxış edəcək Azərbaycan akrobatlarının adları açıqlanıb Sentyabrın 29-da İtaliyanın Pezaro şəhərində keçiriləcək akrobatika üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Fərdi
20 Sentyabr , 2021 09:53
Avropa çempionatında çıxış edəcək Azərbaycan akrobatlarının adları açıqlanıb

Sentyabrın 29-da İtaliyanın Pezaro şəhərində keçiriləcək akrobatika üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, beş gün davam edəcək yarışda 7 idmançı çıxış edəcək.

Raziyə Seyidli və Ağasif Rəhimov qarışıq cütlük proqramında çıxış edəcək. Qadın qrupunda Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadə, kişi cütlüyü proqramında Daniel Abbasov və Murad Rəfiyev mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi