Avropa çempionatında 4 medal qazanan yunan-Roma güləşçiləri Vətənə qayıdıblar

Avropa çempionatında 4 medal qazanan yunan-Roma güləşçiləri Vətənə qayıdıblar Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası Vətənə qayıdıb.
Fərdi
16 Mart , 2023 22:32
Avropa çempionatında 4 medal qazanan yunan-Roma güləşçiləri Vətənə qayıdıblar

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası Vətənə qayıdıb.

"Report"un məlumatına görə, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyi nümayəndələri, federasiya rəsmiləri və azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, yığmanın heyətində Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medal qazanıb.

Son xəbərlər

Orphus sistemi