Avropa çempionatı: Türkiyə millisi 2 qızıl medalla 2-ci oldu

Avropa çempionatı: Türkiyə millisi 2 qızıl medalla 2-ci oldu Kişilərin yarışında 81 kq çəki dərəcəsində Vedat Albayrakın ardından qadınların mübarizəsində 78 kq-dan yuxarı çəkidə Kayra Sayit də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
Fərdi
127
18 Aprel , 2021 21:12
Avropa çempionatı: Türkiyə millisi 2 qızıl medalla 2-ci oldu
Kayra Sayit

Portuqaliyanın paytaxtı Lissabondakı cüdo üzrə Avropa çempionatına yekun vurulub.

"Report"un məlumatına görə, Türkiyə yığması yarışı 2 qızıl medalla 2-ci yerdə başa vurub. Kişilərin yarışında 81 kq çəki dərəcəsində Vedat Albayrakın ardından qadınların mübarizəsində 78 kq-dan yuxarı çəkidə Kayra Sayit də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sayit karyerasında ikinci dəfə Avropa çempionu olub.

Bu çəkidə Azərbaycanı İrina Kindzerska təmsil edib. Kindzerska ilk görüşündə Fransa təmsilçisi Lea Fonteynə uduzub. Əslən fransalı olan Sayit isə finalda məhz keçmiş həmyerlisi Fonteynə qalib gəlib.

Türkiyə millisi yalnız 2 qızıl, 1 bürünc medala malik Kosovodan geri qalıb. 3-cü yeri 1 qızıl, 3 gümüş, 4 bürünc medalla Fransa tutub.

Azərbaycan isə 2 bürünc medalla 15-ci olub. Həmin medalları Kəramət Hüseynov (60 kq) və Zelim Kotsoyev (100 kq) qazanıb.

Qeyd edək ki, Avropa çempionatında 45 ölkədən 210 kişi və 149 qadın olmaqla, 359 cüdoçu mübarizə aparıb. Azərbaycanı 9 cüdoçu (8 kişi, 1 qadın) təmsil edib.

Son xəbərlər

Orphus sistemi