Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazandı - YENİLƏNİB

Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazandı - YENİLƏNİB Azərbaycan taekvondoçusu Minayə Əkbərova Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında yarımfinala yüksəlib.
Fərdi
8 Aprel , 2021 18:13
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazandı - YENİLƏNİB
Minayə Əkbərova

Azərbaycan taekvondoçusu Minayə Əkbərova Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 46 kq-da mübarizə aparan idmançı bu raundda rusiyalı Larisa Medvedeva ilə üz-üzə gəlib.

Rəqibinə 2:15 hesabı ilə uduzan Əkbərova finala çıxa bilməsə də, yarışı bürünc medalla başa vurub.

Bu gün mübarizəyə qoşulan Azərbaycanın digər 3 taekvondoçusu isə medalsız qalıb. Kişilərin yarışında 54 kq-dakı Bəhruz Quliyev 1/8 finalda serbiyalı Mateya İvanoviçə minimal fərqlə məğlub olub - 13:14.

58 kq çəki dərəcəsində yarışan Pərviz İsgəndərov Avropa çempionatına uğursuz start verib. O, 1/16 finalda Moldova təmsilçisi Stepan Dmitrovla bacarmayıb - 3:10.

Qadınların mübarizəsində Patimat Abakarova 1/8 finalda italiyalı Martina Korellinini 12:6 hesabı ilə üstələsə də, növbəti mərhələdə Rumıniya idmançısı Liana Musteata uduzub - 7:15.

Qeyd edək ki, Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Azərbaycanı yarışda 11 taekvondoçu təmsil edir.

14:23

Azərbaycan taekvondoçusu Minayə Əkbərova Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 46 kq-da mübarizə aparan idmançı 1/4 finalda bolqarıstanlı Qabriele Katsarovaya qalib gələrək, növbəti raunda vəsiqə qazanıb. Görüşün əsas vaxtı heç-heçə başa çatıb - 2:2. Əlavə vaxtda 2:0 hesablı qələbə qazanan taekvondçu ən azı bürünc medalı özü üçün təmin edib.

Əkbərova yarımfinalda rusiyalı Larisa Medvedeva ilə qarşılaşacaq.

49 kq çəki dərəcəsindəki Patimat Abakarova isə 1/4 finalda rumıniyalı Liana Musteataya uduzaraq, yarışla vidalaşıb.

Qeyd edək ki, Minayə Əkbərova 1/8 finalda Almaniya təmsilçisi Özlem Gürüzü, Abakarova isə italiyalı Martina Korellinini mübarizədən kənarlaşdırıb.

Son xəbərlər

Orphus sistemi