Avropa çempionatı: Qadın cüdoçumuz finala yüksəldi

Avropa çempionatı: Qadın cüdoçumuz finala yüksəldi Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal görüşünə çıxacaqlar
Fərdi
21 Noyabr , 2020 17:32
Avropa çempionatı: Qadın cüdoçumuz finala yüksəldi

Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatının sonuncu yarış günündə Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxıb.

"Report"un məlumatına görə, onlardan 1-i qadınların, 4-ü kişilərin mübarizəsinə qatılıb.

Yeganə qadın cüdoçu İrina Kindzerska finala yüksəlib. 78 kq-dan yuxarı çəki dərəcəsində yer alan 29 yaşlı idmançı əvvəlcə serbiyalı Milika Zabiçi 89 saniyəyə, yarımfinalda isə ukraynalı Yelizaveta Kalaninanı 67 saniyəyə ipponla üstələyib. Həlledici görüşdə onun rəqibi fransalı Roman Dikko olacaq.

Kişi cüdoçulara gəldikdə, Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal görüşünə çıxacaqlar. Onlar müvafiq olaraq türkiyəli Mixael Zqank və bolqarıstanlı Boris Georgiyevlə üz-üzə gələcəklər. 100 kq çəkidəki daha bir cüdoçu Elmar Qasımov 7-ci yerlə kifayətlənib. Uşangi Kokauri (+100 kq) isə elə ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi