Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında 55 kq çəki dərəcəsində fərqlənənlərin mükafatlandırma mərasimi keçirilib.
"Report"un məlumatına görə, medalları Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə və Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyev təqdim edib.
Bu çəkidə Emre Mutlu (Türkiyə) və Rudik Mkrtçyan (Ermənistan) bürünc, Nuqzari Tsurtsumia (Gürcüstan) gümüş, Eldəniz Əzizli (Azərbaycan) qızıl medal qazanıb. T.Tağızadə və N.Əliyev onların hər birinə medallar və qiymətli hədiyyələr təqdim edib.