Avropa çempionatı: Daha üç güləşçimiz üçün bürünc medal şansı - YENİLƏNİB

Avropa çempionatı: Daha üç güləşçimiz üçün bürünc medal şansı - YENİLƏNİB İdmançı Rusiya təmsilçisi Məhəmməd Qurbanovla üz-üzə gəlib
Fərdi
20 Aprel , 2021 20:18
Avropa çempionatı: Daha üç güləşçimiz üçün bürünc medal şansı - YENİLƏNİB

Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 92 kq çəki dərəcəsində çıxış edən idmançı Rusiya təmsilçisi Məhəmməd Qurbanovla üz-üzə gəlib.

Rəqibinə 3:6 hesabı ilə uduzan Nurməhəmmədov finala çıxmaq şansını əldən verib. O, sabah bürünc medal uğrunda Andril Vlasov (Ukrayna) / Radoslav Marçinkieviç (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

Əhmədnəbi Qvarzatilov (61 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) isə təsəlliverici görüşlərdə qüvvəsini sınayacaq. Onlar müvafiq olaraq, Vladimir Yeqorov (Makedoniya) və Nazim Aminlə (San-Marino) qarşılaşacaqlar.

16:55

Azərbaycanın daha bir sərbəst güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 92 kq çəki dərəcəsində çıxış edən Osman Nurməhəmmədov ardıcıl olaraq Robin Ferdinand (Almaniya) və Əhməd Maqamayevi (Bolqarıstan) məğlubiyyətə uğradıb.

O, finala gedən yolda Məhəmməd Qurbanovla (Rusiya) üz-üzə gələcək.

61 kq-dakı Əhmədnəbi Qvarzatilov ilk görüşdə Viktor Lizendən (Almaniya) üstün olub. İdmançı 1/4 finalda Andrey Celeplə (Ukrayna) dueldən məğlub ayrılıb.

74 kq-da yarışan Əşrəf Aşırov 1/6 final mərhələsində Fazlı Eryılmaza (Türkiyə), Hacımurad Məhəmmədsəidov isə 1/8 final mərhələsində Artur Nayfonova (Rusiya) uduzub.

Bu gün eyni zamanda 5 çəki dərəcəsi üzrə medal görüşləri olacaq. Azərbaycan təmsilçilərindən Şamil Zubairov (97 kq), Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Rəşad Yusifli (79 kq) bürünc medal, Turan Bayramov (70 kq) final qarşılaşmasına çıxacaq.

Yarımfinal qarşılaşmaları saat 18:45-də, medal mücadilələri isə saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi