Avropa çempionatı: Beş sərbəst güləşçimiz mübarizəyə başlayır

Avropa çempionatı: Beş sərbəst güləşçimiz mübarizəyə başlayır Avropa çempionatına aprelin 25-də yekun vurulacaq
Fərdi
128
19 Aprel , 2021 10:23
Avropa çempionatı: Beş sərbəst güləşçimiz mübarizəyə başlayır

Bu gün Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı start götürəcək.

"Report"un məlumatına görə, qitə birinciliyində ilk olaraq sərbəst güləşçilər mübarizəyə qoşulacaq.

İlk yarış günündə Azərbaycanın 5 təmsilçisi xalça üzərinə çıxacaq. Digər çəkidə güləşənlər isə növbəti gün yarışa başlayacaq.

65 kq çəki dərəcəsində Əli Rəhimzadə ilk görüşündə Ermənistan təmsilçisi Gevorq Tadevosyanla üz-üzə gələcək.

Güləşçilərdən birinin ilk görüşü 1/16 finala, dördününkü isə 1/8 finala təsadüf edəcək.

57 kq
1/8 final: Əfqan Xaşalov – Yannis Martidis (Yunanıstan)

65 kq
1/8 final: Əli Rəhimzadə - Gevorq Tadevosyan (Ermənistan)

70 kq
1/8 final: Turan Bayramov – Nikolae Koyokaru (Böyük Britaniya)

79 kq
1/16 final: Rəşad Yusifli – Andrey Sokalski (Polşa)

97 kq
1/8 final: Şamil Zubairov – Albert Saritov (Rumıniya)

Qeyd edək ki, sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatına aprelin 25-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi