Avropa çempionatı: Daha 2 qadın güləşçimiz üçün "bürünc" şansı - YENİLƏNİB

Avropa çempionatı: Daha 2 qadın güləşçimiz üçün "bürünc" şansı - YENİLƏNİB O, sabah bürünc medal uğrunda güləşəcək
Fərdi
266
22 Aprel , 2021 19:27
Avropa çempionatı: Daha 2 qadın güləşçimiz üçün bürünc şansı - YENİLƏNİB

Azərbaycanın qadın güləşçisi İrina Netreba Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 65 kq-da mübarizə aparan idmançı ukraynalı Tatyana Rijko ilə qarşılaşıb.

Rəqibinə 1:11 hesabı ilə uduzan Netreba finala çıxmaq şansını əldən verib. O, sabah bürünc medal uğrunda güləşəcək.

53 kq-da Tatyana Varansova da Avropa çempionatında "bürünc" qazana bilər. Onun 1/4 finalda uduzduğu Rusiya təmsilçisi Olqa Xoroşavtsova finala vəsiqə qazandığından, Varansova 3-cü yer uğunda Yuliya Leorda (Moldova) ilə qüvvəsini sınayacaq.

14:33

Azərbaycanın daha bir qadın güləşçisi Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən İrina Netreba 1/8 finalda Tatyana Pavlovaya (Belarus), növbəti raundda isə Sofiya Georgiyevaya (Bolqarıstan) qalib gəlib.

Tatyana Varansova (53 kq) isə 1/4 final mərhələsində Olqa Xoroşavtsovaya (Rusiya) uduzub.

Bu gün həmçinin 2 qat dünya və 7 qat Avropa çempionu Mariya Stadnik (50 kq) bolqarıstanlı Miqlena Selişka ilə final, Səbirə Əliyeva (76 kq) fransalı Vanessa Veskanla bürünc medal görüşünə çıxacaq.

Qeyd edək ki, yarımfinal görüşlərinə saat 18:45-də, final mücadilələrinə isə saat 20:00-da start veriləcək.

Son xəbərlər

Orphus sistemi